erdogan-erken-seckiler-olmayacaq

Ərdoğan: Erkən seçkilər olmayacaq

Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda baş tutacaq.

“Haber Global” məlumat verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışına cavab olaraq bildirib.

“Hansı erkən seçkilərdən danışırıq? Seçkilər 2023-cü ilin iyununda keçiriləcək”, - deyə Ərdoğan Ankarada çıxışı zamanı vurğulayıb.