erdogan-ilon-maski-qebul-etdi-tesla-nin-turkiyede-zavod-qurmasini-istedi

Ərdoğan İlon Maskı qəbul etdi, "Tesla"nın Türkiyədə zavod qurmasını istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" və "SpaceX"in qurucusu İlon Maskı qəbul edib. Ərdoğan, "Tesla"nın 7-ci zavodunu Türkiyədə qurmasını istəyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı qəbul edib. 

Məlumata görə, Mask qəbula oğlu ilə gəlib.

Ərdoğan Muskdan Teslanın 7-ci zavodunu Türkiyədə qurmağa çağırıb.

Ərdoğan Maska Türkiyənin texnologiya sahəsində əldə etdiyi nailiyyətlər, Rəqəmsal Türkiyə Vizyonu və Milli Süni İntellekt Strategiyasından danışıb.

Prezident Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini qeyd edərək, Maskı İzmirdə keçiriləcək TEKNOFEST-ə dəvət edib.

Marja