Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Görüş Litvada NATO sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, bu gün Vilnüsdə NATO-nun sammiti başlayıb. NATO dövlətləri liderlərinin toplantıda İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək və üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələləri müzakirə edəcəklər.