Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə və Ermənistanda ölkələri arasında münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu mövzuda görüşlərdən dördü üçüncü ölkələrdə keçirilib.
“Praqada cənab prezidentimizin Paşinyanla görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə Çavuşoğlu bildirib.
Oxu.Az