erdogan-prezident-seckilerinin-mayin-14-de-kecirileceyile-bagli-mesaj-verib

Ərdoğan Prezident seçkilərinin mayın 14-də keçiriləcəyilə bağlı mesaj verib

“Rəhmətlik Menderes 14 may 1950-ci ildə “Yetər, söz millətindir” deyib. Millətimiz 73 il sonra, eyni gündə “altılı masa” deyə qarşımıza çıxan çevriliş həvəskarlarına “yetər” deyəcək”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxış edərkən bildirib.

“Milli iradənin ən yüksək məqamı olan Türkiyə Böyük Millət Məclisindən meydan oxuyuram: Nə edirsiniz edin, yenə bacarmayacaqsınız”, - Prezident Ərdoğan deyib.

Report