“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”.
İnsider.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - o vurğulayıb.
R.T.Ərdoğan deyib ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir: “Artıq hesab verməyin vaxtı gəlib çatıb. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb. Davam edən proseslər bölgədə nüfuz sahibi bütün ölkələrə real və ədalətli həll metodlarını işə salmaq üçün bir fürsət yaradıb”.