Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderləri arasında görüşün keçirilməsini təklif edib.
Türkiyə lideri bu barədə Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibəsində bildirib.
“Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli birliyi olaraq addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, daha sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidirlər. Beləliklə, bir sıra görüşlərə başlayacağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Türkiyə və Suriya dövlət başçılarının sön görüşü 2011-də baş tutub.