erdogan-turkiyeye-boykot-tetbiq-eden-olkenin-krali-ile-danisdi

Ərdoğan, Türkiyəyə boykot tətbiq edən ölkənin kralı ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bir müddətdir Türkiyəyə rəsmi olmayan bir boykot tətbiq edən Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Suud ilə telefonda danışıb.

Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verilir ki, danışıq zamanı Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələri müzakirə edilib.

Danışıq zamanı ikili məsələlərlə əlaqədar xüsuslar və əməkdaşlığı irəlilədəcək addımlar qiymətləndirilib.

Ərdoğan ilə Kralı Salman arasında 21 Noyabr 2020-ci il tarixində də aparılmış telefon danışığında, iki ölkə əlaqələri, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20 Liderlər Zirvəsinə dair müzakirələr aparmışdılar.

Ərdoğan və Kral Salman, ikili əlaqələrin inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması üçün dialoq kanallarının açıq saxlanılması barəsində razılaşmışdı.

Marja