erdogan-ve-zelenskinin-hansi-meseleleri-muzakire-edecekler-yenilenib

Ərdoğan və Zelenskinin hansı məsələləri müzakirə edəcəklər - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı müzakirə olunacaq məsələlər açıqlanıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində İstanbulda iki ölkə liderləri arasında təkbətək və geniştərkibli görüş olacaq.

V.Zelenski və R.T.Ərdoğan Ukrayna müharibəsi ilə bağlı son durumu və “Taxıl sazişi”ni müzakirə edəcəklər.

14:39

Ukrayna Prezidenti Volodimir Zelenskinin sabah, iyulun 7-də Türkiyəyə səfəri planlaşdırılır.

Bu barədə xarici KİV məlumat yayıb.

Onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Report