Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.
İki lider arasında enerji, Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional məsələlər müzakirə edilib.
Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz habının yaradılması istiqamətində yol xəritəsini tamamlamağı və konkret addımlar atmağı hədəflədiklərini bildirib.
O eyni zamanda vurğulayıb ki, terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün konkret addımlar atılmalıdır.
Oxu.Az