ereb-sirketi-koronavirusun-nefte-tesirinin-qisamuddetli-olacagini-gozleyir

Ərəb şirkəti koronavirusun neftə təsirinin qısamüddətli olacağını gözləyir

Koronavirusun xam neft tələbatına təsirinin qısamüddətli olacağını gözləyirəm.

Bu sözləri Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” baş icraçı direktoru Amin Al Nasser deyib.

O, ilin ikinci yarısında neft istehlakının artacağını gözlədiyini bildirib: “Koronavirusun neft tələbatına təsirinin qısamüddətli olacağını düşünürəm. Əminəm ki, ilin ikinci yarısında xüsusilə Çində irəliləyiş olacaq. Uzunmüddətli təsirin olacağını düşünmürəm”.

Qeyd edək ki, koronavirusun yayılması neft tələbatına mənfi təsir edir, “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsinə səbəb olur.

Marja