ermeni-is-adami-rusiya-vetendasligindan-imtina-ederek-dagliq-qarabaga-kocub-video

Erməni iş adamı Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçüb - VİDEO

Rusiyalı milyarder Ruben Vardanyan Rusiya Federasiyasının vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa adlanır.

İnsider.az xəbər verir ki, bu qərarı ilə bağlı YouTube kanalında videomüraciətində danışarkən Qarabağı – Artsax adlandırıb.

“Mən aldığım riskləri anlayaraq Rusiya vətəndaşlığından imtina edib Ermənistan vətəndaşı kimi “Artsaxa” köçmək qərarına gəldim. Bu qərar mənim üçün çox çətin oldu, amma çox düzgündür”, - milyarder bildirib. Bundan başqa o, dünya ermənilərini burada gələcək üçün yardım etməyə çağırıb.

O, Rusiyaya təşəkkür edib ki, məhz burada özünü “bir iş adamı, bir insan, peşəkar kimi təsdiqləyib” və uğur qazanıb. Vardanyan həmçinin Rusiya Federasiyasına “Artsaxda” mövcudluğuna və onun sülhməramlı qoşunlarının sakinlərin təhlükəsizliyini qoruduğuna görə təşəkkür edib.

Milyarder dünya ictimaiyyətinə müraciət edərək Dağlıq Qarabağdakı vəziyyətin hamını narahat etdiyini vurğulayıb.