ermeni-mediasi-xankendideki-mitinqin-tesebbuskari-general-volkovdur

Erməni mediası: Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur

Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında - separatçı qrupa dəstək aksiyası keçirilib.

Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib.

Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

Oxu.Az