ermeni-yandeks-in-direktorlar-surasinin-uzvu-ola-biler

Erməni “Yandeks”-in Direktorlar Şurasının üzvü ola bilər

“Yandeks” öz Direktorlar Şurasını səkkizdən on nəfərədək artırmağı planlaşdırır. 

İnsider.az-ın məlumatına görə, bu, ABŞ Qiymətli kağızlar  və birjalar üzrə komissiyasının (SEC) saytındakı ismarışda deyilir.

Şirkət direktorlar şurasına idarəedici direktor Tiqran Xudaverdyanı və şirkətin texniki direktoru Mixail Paraxinin nominasiya edib.

Şirkət səhmdarlarının illik iclası gündəliyinə əsasən, Xudaverdyanın direktorlar şurasınnın icraçı üzvü kimi üç illik müddətə, Paraxini isə bir illik qeyri-icraçı üzv vəzifəsinə seçilməsi təklif olunur.

Qeyd edək ki, hazırda şirkətin direktorlar şurası səkkiz nəfərdən ibarətdir. “Yandeks. Taksi”-nin keçmiş baş direktoru Xudaverdyan isə mayın 22-si “Yandeks” şirkətlər qrupunin idarəedici direktoru vəzifəsinə təyin olunub.

“Yandeks” səhmdarlarının illik iclası iyunun 27-i baş tutacaq.

Samirə Məmmədova