“Yandeks” “Yandeks.Taksi” servisinin rəhbəri Tiqran Xudaverdyanı qrupun idarəedici direktoru təyin etdi.
İnsider.az şirkətə istinadla bildirir ki, bu, yeni vəzifədir, lakin yeni vəzifənin nə üçün yaradıldığı deyilmir.
Xudaverdyan “Yandeks”-ə 2006-cı ildə gəlib. O, həmçinin “Yandeks.Brauzer” və “Yandeks.Naviqator” servislərinə də başçılıq edib. 2015-ci ildə “Yandeks.Taksi”-nin baş direktoru olub.
“Tiqran “Yandeks”-də xeyli vaxtdır işləyir, biznesi hərtərəfli bilir və şirkətdə hörmət sahibidir. Tiqranın idarəedici direktor vəzifəsində cari rəhbərliklə məşğul olacağı sayəsində mən diqqətimi daha geniş strateji məsələlərdə cəmləşdirə biləcəyəm”, - deyə “Yandeks” şirkətlər qrupunun baş direktoru Arkadiy Voloj söyləyir.
Xudaverdyanın yerinə isə “Yandeks.Taksi”-də əməliyyatçı direktor vəzifəsini tutan Daniil Şuleyko keçəcək. O, şirkətdə 2015-ci ildən bəri çalışır.
“Yandeks”-in texnologiyalar üzrə direktoru və axtarış portalının rəhbəri Mixail Paraxin 2019-cu ilin avqust ayından vəzifəsini tərk edəcək. O, ailəsilə birgə ABŞ-a köçür və orada şirkətə direktorlar şurası səviyyəsində kömək etməyə davam edəcək.
Qeyd edək ki, Paraxin tərk edəcəyi vəzifəsində 2015-ci ildən bəri çalışırdı. “Yandeks”-ə gələnəcən yeddi il “Microsoft”-da işləyib. Orada o, “Bing” multimedia axtarış servisləri şöbəsinə rəhbərlik edirdi.
Samirə Məmmədova