Ermənilərin Rusiyada fəaliyyət göstərən "yerkramas.org" saytında epiqraf kimi verilən faşist Qaregin Njdenin "Türklə mübarizə aparmadığımız bir gün belə olmamalıdır" şüarı saytdan yığışdırılıb.
İnsider.az xəbər verir ki, bu gün saytın fəaliyyətində problemlər müşahidə olunub. Hətta saytın fəaliyyətinə qadağa qoyulması ilə bağlı məlumatlar da yayılıb.
Hazırda da "yerkramas.org"a giriş bir çox yerli provayderlərdən məhdudlaşdırılıb. Saytın ancaq ana səhifəsi fəaliyyət göstərir. Həmin səhifədə başlıqda yerləşdirilən və epiqraf kimi verilən faşist Qaregin Njdenin şüarı isə artıq görünmür.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu, Moskva vilayəti Azərbaycanlılarının regional Milli Mədəni Muxtariyyətinin rəhbərliyi tərəfindən bir müddət öncə "yerkramas.org" saytında dərc olunan materiallar və saytda epiqraf kimi verilən faşist Qaregin Njdenin şüarında millətlərarası münaqişələrin qızışdırılması əlamətlərinin olub-olmaması barədə Rusiya hüquq-mühafizə orqanlarına müraciət olunub.
Azərbaycan diasporunun müraciətinə cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarəsinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzindən faşist Njdenin məlum şüarının psixolinqvistik təhqiqata göndərildiyi bildirilib.
Qeyd edək ki, Rusiya ermənilərinin qəzeti olan "Yerkramas" 1996-cı ildən çap olunur. Krasnodarda nəşr olunan qəzetin onlayn versiyası isə "yerkramas.org" saytıdır. Həm qəzet, həm də saytın əsas səhifəsində İkinci Dünya müharibəsində Adolf Hitler Almaniyası ilə əməkdaşlıq edən, Üçüncü Reyxin yaxın silahdaşı faşist Qaregin Njdenin "Türklə mübarizə aparmadığımız bir gün belə olmamalıdır" şüarı yazılıb.
APA