Ermənistan Müdafiə naziri David Tonoyan Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdiriləcək Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə “Sputnik” xəbər yayıb.
Məlumata görə, görüş zamanı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək.