Ermənistanda parlamentin iclasları dava-dalaşsız ötüşmür.
“Sputnik Ermənistan” xəbər verir ki, parlamentdə gün ərzində ikinci dava baş verib.
Növbəti dava iqtisadi məsələlər komissiyasının rəhbəri, “Hayastan” blokunun deputatı Vahe Akopyanın çıxışı zamanı düşüb.
Çıxışı zamanı hakim partiyadan kimsə ona söz atıb, bu zaman deputat buna cavab verib və tribunanı tərk edərək iqtidaryönlü “Vətəndaş Müqaviləsi” fraksiyasına doğru gedib.
Onlar əvvəl bir-birlərinə söz atıblar, sonra yumruq davası başlayıb.
Hökumətyönlü deputatlardan biri Vaaqn Aleksanyan Vaha Akopyana təpik vurub.
Parlamentin spikeri Alen Simonyan dərhal iclası kəsib və yayımı bağlamağı bildirib. Artıq ikinci dəfə iclas yarımçıq qalıb.
Bundan sonra da dava bitməyib, təhlükəsizlik xidməti müdaxilə edərək tərəflər arasında sakitlik yaratmağa çalışıb.
Jurnalistlərin baş verənləri lentə alınmasının qarşısı bir daha alınıb, onların iclas otağına girmələrinə icazə verilməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanda müxalif və hökumətyönümlü deputatların bir-birinə butulka atmaları xəbəri yayılmışdı.
Oxu.Az