ermenistan-parlamentinin-sedri-sulh-muqavilesini-imzalamaga-haziriq

Ermənistan parlamentinin sədri: Sülh müqaviləsini imzalamağa hazırıq

“İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur və biz sülh müqaviləsi imzalamağa hazırıq”.

Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər bölgələrindən Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların gediş-gəlişi və yüklərin daşınması Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla sərbəst şəkildə həyata keçirilə bilər.

Simonyan Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün olmadığı üçün İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid etdiyini bildirib.