ermenistan-saxta-sirketler-yaradaraq-silah-elde-edir-aciqlama

Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir - AÇIQLAMA

Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.

İnsider.az xəbər verir ki, H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır. 

O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:

“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”.