Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov bildirib ki, Azərbaycan Ermənistana 44 əsir təhvil verib, Ermənistan isə Azərbaycan tərəfinə 12 nəfər qaytarıb.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.
Əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Dövlət Komissiyası Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib.
Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Modern.az Ermənistanın əsir və girovluğundan azad edilmiş vətəndaşlarımızın tam siyahısını təqdim edir:
Emin Baxşəliyev
Amin Musayev
Yəhya Abdinov
Şərif Əliyev
Ömər Ələkbərov
Nurəddin Yolçuyev
Bayram Kərimov
Şahbaz Quliyev
Dilqəm Əsgərov
Mobil Əhmədzadə
Nurlan Əlizadə
Anar Əliyev.