ermenistanin-xarici-isler-naziri-fransaya-gedir

Ermənistanın xarici işlər naziri Fransaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.

O, Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.

Bundan başqa, A.Mirzoyan 5-ci Paris Sülh Forumunda da iştirak edəcək.

Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.

Report