eskinaslarin-koronavirus-dasiyicisi-olmasi-ile-bagli-aciqlama

Əskinasların koronavirus daşıyıcısı olması ilə bağlı - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun əskinaslar vasitəsilə yayılması barədə məlumatları təkzib edib. 

İnsider.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Tarik Yazareviç danışıb.

“ÜST COVID-19-un banknotlar vasitəsilə ötürülməsini deməyib. Biz bununla bağlı heç bir xəbərdarlıqla çıxış etməmişik. Biz inadla əlləri müntəzəm yumağı tövsiyə edirik”, - açıqlamada deyilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, 7 mindən çoxu isə dünyasını dəyişib.