estoniya-seferberlikden-yayinan-rusiyalilar-ucun-serhedleri-acmayacaq

Estoniya səfərbərlikdən yayınan rusiyalılar üçün sərhədləri açmayacaq

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlikdən yayınan ölkə vətəndaşları Estoniyaya sığınacaq üçün müraciət edə bilməyəcəklər.

Bu barədə çərşənbə günü Baltik Respublikasının baş naziri Kaya Kallas CNN-ə bildirib.

“Bütün vətəndaşlar öz dövlətlərinin hərəkətlərinə görə məsuliyyət daşıyırlar, bu, Rusiya vətəndaşlarına da aiddir”, - deyə o, bildirib.

Baş nazir belə şəxsləri “müharibəyə qarşı olduqlarını bəyan etməyə” çağırıb.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs isə bildirib ki, Riqa milli təhlükəsizlik səbəbindən səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına humanitar və ya digər növ viza verməyəcək.