estoniyada-artiq-iki-gundur-ki-koronavirusa-yoluxan-yoxdur

Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxan yoxdur

Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxanların ümumi sayı 1 981 nəfər olaraq qalır.

İnsider.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinə istinadla xəbər yayıb.

Departamentin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, yanvarın 31-dən Estoniyada 103 mindən çox koronavirus testi edilib. Xəstəxanalarda olan səkkiz xəstənin biri süni tənəffüs aparatına qoşulub. Pandemiya dövründə ölkədə 69 nəfər həyatını itirib.

Qeyd edək ki, Estoniya martın 12-də elan etdiyi fövqəladə rejimdən mayın 18-də çıxıb. Yumşaldılma tədricən, mərhələlərlə tətbiq edilir.