etsn-azerbaycanin-su-ehtiyatlari-azalmaga-dogru-gedir

ETSN: Azərbaycanın su ehtiyatları azalmağa doğru gedir

"Son 7-8 ildə Azərbaycanda, o cümlədən regionda iqlim dəyişmələri nəticəsində su ehtiyatlarımız azalmağa doğru gedir”

Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu quraqlığın nəticəsidir: “Bununla buxarlanmalar və su itkilərimiz çoxalır. Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.

APA