evdeqal-polsadan-emekdasimiz-yazir

#EVDƏQAL: Polşadan əməkdaşımız yazır…  

Dünya gündəmini zəbt edən yeni koronavirus COVİD-19 inveksiyasına yoluxma ilə əlaqdar İtaliya, Fransa və İspaniya da olduğu kimi Polşada vəziyyət o qədər də gərgin deyil. 
Hökumətin zamanında həyata keçirdiyi önləyici tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb. Ölkənin digər şəhərləri ilə yanaşı, yaşadığım Krakovda da məktəblər, universitetlər, şirkətlər və Ticarət Mərkəzləri bağlıdır. Hər kəs evdən işləyir, dərslər onlayn tədris edilir. 

Evdən yalnız ərzaq almağa, müəyyən peşə sahiblərinə işə və ya həkim müayinəsinə gedəndə, ev heyvanlarını gəzdirəndə yaşadığı məkanı tərk etmək icazəsi verilir. Karantin qaydalarını pozan şəxslərin 5000-30000 zloti (1200-7200 dollar) cərimə olunacağı barədə xəbərdalıq edilib.

Polşa Səhiyyə Nazirliyinin 11 aprel üçün yaydığı məlumata əsasən 6.356 nəfərin analiz nəcitələri pozitiv olub. Hazırda ölkədə koronavirusdan ölənlərin sayı 208 nəfərə çatıb. 
Mütəmadi olaraq gündəmiizləyib ən son məlumatlardan xəbərdar olmağa çalışıram. Məsələn, baş nazir Mateuş Moravieçki aprelin 10-da çox pozitiv bir bəyanatla çıxış edib. Onun sözlərinə görə,  qadağalar tətbiq olunmasaydı, hazırda virusa yoluxanların sayı 5000 deyil, 40 000 və ya daha çox ola bilərdi.

Ölkədə koronavirusun simptomları müşahidə olunan və analizə ehtiyac duyan bütün vətəndaşlar üçün testlər pulsuz tətbiq edilir. 

Bu yaxınlarda prezidentliyə namizəd Robert Biedron “Facebook”da belə post paylaşıb: “Varşavada sığortası olmayan vətəndaşlar üçün koronavirus testi 500 zlotiyə, təxminən 130 dollara başa gəlir. Maddi durumun bu xərci qarşılamağa imkan vermir? Yaxşı, onda çıx küçəyə və insanları virusa yoluxdur”. 

Lakin ölkə mediasının yazdığına görə, bu səhv verilmiş mesaj idi. Çünki Polşada koronavirus analizi verməyə ehtiyac duyan bütün vətəndaşlar üçün test pulsuzdur.
 
Milli Səhiyə Fondu isə açıqlamasında qeyd edib ki, hazırda Polşada yaşayan hər kəs virusun aşkarlanması üçün lazım olan analiz verə və müalicə ala bilər. Bu qayda Polşa vətəndaşlığı və tibbi sığortası olmayan şəxslərə də aiddir. Belə ki, sığortası olmayan şəxslərin analiz xərcləri və müalicəsi dövlət tərəfindən qarşılanır.

Qeyd edim ki, Polşa hökuməti aprel ayı üçün yeni qadağalar planı hazırlayıb. Xüsusilə də, polyakların Pasxa bayramını qeyd etdiyi günlərdə daha diqqətli olmaları və bayramı yalnız ən yaxın qohumları ilə qeyd etmələri üçün çağırış edib.

Leyla Məhərrəmova