"Express Bank" ASC-nin İdarə Heyətinin sədri İlham Həbibullayev işdən çıxıb.
İnsider.az xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, onu müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov əvəz edir.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.