Rusiyanın “Faberlic” kosmetika şirkəti yeni loqosunu təqdim edib.
İnsider.az-ın məlumatına əsasən, “Faberlic”-in loqosu sonuncu dəfə 2009-cu ildə dəyişmişdi. Onun yeni versiyasında şirkətin adı sətri hərflər əvəzinə baş hərflərlə verilib. Hərflərin rəngi isə açıq çəhrayıdan daha tünd çalara dəyişib. Brendin firma rəngləri qara, ağ və qırmızı oldu.
Yeni firma üslubu malların, kataloqların, internet-mağazasının, korporativ məhsulun və sifarişlərin təhvili məntəqələrinin tərtibatındakı dəyişikliklərə toxunacaq.
Kvadrat lövhələr və tətbiqin ikonkaları üçün “Faberlic” loqosunun üç sətirli yazılışını istifadə edəcək.
Samirə Məmmədova