facebook-5-milyard-dollar-cerime-odeyecek

Facebook 5 milyard dollar cərimə ödəyəcək

Facebook "Cambridge Analytica" qalmaqalına görə 5 milyard dollar cərimə olunub.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) Facebook-u dünyanın ən böyük məxfilik və məlumat pozuntusu "Cambridge Analytica" mübahisəsinə görə 5 milyard dollar cəza ödəyəcəyini bildirib.

Londonda yerləşən "Cambridge Analytica" məlumatların analiz şirkətinin Facebook-da 50 milyon istifadəçi profilindən qanunsuz istifadə etdiyi iddia edilib. FTC-nin qərarına əsasən, Facebookdan 5 milyard dollarlıq cərimədən əlavə məlumatların qorunmasının gücləndirilməsi tələb olunur. Qərardan sonra Facebookdan verilən açıqlamada FTC ilə əldə edilən razılaşmanın şirkətin işlərini təməldən dəyişdirilməsi və məxfilik risklərinin təyin edilməsi olduğunu və bunun üçün ciddi bir proses tələb olunduğu bildirilib. 

Müqavilə, həmçinin Facebook-dan ən azı 500 istifadəçinin məlumat pozuntuları barədə FTC-yə məlumat verməsini və mövcud problemləri həll etdikdən 30 gün ərzində sənədləri MTK-ya təqdim etməsini tələb edir. Facebook, ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) ilə siyasət dəyişikliyi və 100 milyon dollar cərimə olan bir müqavilə də elan edilib.