facebook-iii-rubde-gelirlerini-artirib

"Facebook" III rübdə gəlirlərini artırıb

Bu ilin III rübündə "facebook" sosial şəbəkəsi 17,7 milyard ABŞ dolları gəlir əldə edib. 

İnsider.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29% çox, ekspertlərin proqnozlarından isə təxminən 2% çoxdur. 

Rüb ərzində "Facebook"un xalis mənfəəti isə illik müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb. 

Maliyyə göstəriciləri açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmlərini 3%-ə yaxın dəyər qazanıb. 

Qeyd edək ki, hazırda "Facebook"da 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur. 

©Report