“Facebook” şirkətə gələn şübhəli bağlamaya görə dörd ofis binasını təxliyyə edib. Bağlamanın tərkibində mümkün ola biləcək zarin qazından (zəhərli maddə) götürülmüş nümunələr müsbət nəticə verib. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.
Bildirilir ki, poçtun emal olduğu qərargahın yanındakı bina karantinə bağlanıb. Digər üç binaya daxil olmağa icazə verilib.
Bağlama yerli vaxtla təxminən səhər saat 11-də gəlib. Ona toxunmuş iki şəxs müayinədən keçirilib. Hələ ki, onlarda zəhərlənmə simptomu aşkarlanmayıb.
“Facebook” hökümətin bağlama tərkibinin yoxlanmasını hələ bitirmədiyini qeyd edib. Yoxlamaya FTB agentləri də qoşulub.
Qeyd edək ki, sinir-iflic təsirli ölümcül təhlükəli zəhərləyici maddə ola zarin 1993-cü ildə BMT ölkələrinin imzaladığı Kimyəvi silah barədə konvensiyası ilə qadağa edilib.
Samirə Məmmədova