"Facebook" kriptovalyutası "Libra"nı, ölkə pullarının yerini ala biləcəyi və mərkəzi bankların pul təklifi üzərindəki nəzarətini təhdid etdiyi barədə narahatlıqlara qarşı müdafiə edib.
"Facebook Inc." şirkəti "Libra"nı müdafiə edib.
İnsider.az xəbər verir ki, sosial media nəhəngi təqdim etdiyi kriptovalyutasının, başda ABŞ Dolları və Avro daxil olmaqla ölkə pullarının yerini ala biləcəyi və mərkəzi bankların pul təklifi üzərindəki nəzarətini təhdid etdiyi şəklindəki iddialar ilə razı deyil.
"Libra" layihəsinə başçılıq edən rəsmilərdən Devid Mark, "Libra"nın ABŞ Dolları və ya Avro çap etməyin rəqəmsal variantı demək olmadığını vurğulayıb. Mark, "Libra"nın varlığının yeni bir dəyər yaratmadığını deyib.
Mark, "Son dövrdə "Libra"nın pul ilə əlaqədar olaraq milli azadlıqları necə təhdid etməsi ilə bağlı çox danışılır. "Libra" birə bir nisbətində güclü pullar tərəfindən dəstəklənəcək. Bu, nə qədər "Libra" olacaqsa, eyni miqdarda ehtiyatı (rezervi) olması lazım olduğu mənasına gəlir. Yəni, yeni bir pul yaratmaq yoxdur",- deyib.
©Marja