ABŞ-ın Nyu-York şəhərinin baş prokuroru Letitia James “Facebook" sosial şəbəkəsinin bazardakı üstünlüyü və bundan irəli gələrək rəqabət mühitini boğması ilə bağlı araşdırma aparacaq.
Insider.az xəbər verir ki, məlumat görə, L. James açıqlamasında "Facebook"un dünyanın ən böyük sosial şəbəkəsi olmasına baxmayaraq qanunlara riayət etməli olduğunu deyib.
"Facebook”un rəqabətin qarşısını aldığını və istifadəçiləri təhlükə altında qoyub-qoymadığını araşdırmaq üçün yaradılan partiyalı baş prokurorluq koalisiyasının lideri olduğum üçün fəxr edirəm”, - deyə o, qeyd edib.
Nyu-York prokurorluğunun təşəbbüsünü ABŞ bir sıra ştatlarının (o cümlədən Kolorado, Florida, Ohayo və s.) prokurorluqları dəstəkləyib.
“Facebook” korporasiyasının vitse-prezidenti Vil Kastlberri isə bazarda rəqabətə davam gətirmək üçün atdıqları addımları müdafiə edib, ittihamçı tərəflə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, ABŞ-ın Federal Ticarət Komissiyası ötən ilin iyul ayında "Facebook"un 5 milyard dollar cərimələmişdi. Həmin vaxt sosial şəbəkə şəxsi məlumatlardan qeyri-qanuni istifadəyə görə ittiham edilmişdi.
©Report