Avropa Birliyi (AB), "Facebook"un müştəri əlaqələrinin idarə edilməsi üzrə ixtisaslaşmış "Kustomer" şirkətini təxminən 1 milyard dollara satın almaq təklifinə dair rəqabət istintaqı başladıb.
AB Komissiyasının məlumatında, təklif edilən satınalma əməliyyatının müştəri əlaqələrinin idarə edilməsi bazarında rəqabəti azaldacağı və Facebookun reklam bazarındakı mövqesini daha da gücləndirəcəyi narahatlığına səbəb olduğu qeyd edilib.
Facebook, daha əvvəl Kustomeri təxminən 1 milyard dollara satın alacağını açıqlamışdı.
Avropada birləşmə və satın almalara AB Komissiyası nəzarət edir.
AB Komissiyası, iapardığı araşdırma və istintaqlar ilə rəqabətə zidd bir vəziyyət olub olmadığını qiymətləndirir. Rəqabətə zidd vəziyyətlərin aşkar edilməsi halında AB Komissiyası, birləşmə və ya satın almalara razılıq vermir.
Marja