facebook-uz-tanima-sistemine-gore-mehkemeye-verildi

Facebook üz tanıma sisteminə görə məhkəməyə verildi

ABŞ-ın federal məhkəməsi şirkətin Facebookun üz tanıma texnologiyasından sui-istifadə etdiyinə görə məhkəməyə verib.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın San Francisco əyalətindəki Doqquzuncu Region Apelyasiya Məhkəməsi Facebookun hazırladığı üz tanıma texnologiyası ilə istifadəçilərin razılığı alınmadan gizlilik hüquqları qanunlarını pozduğuna qərar verib.

Federal məhkəmə Facebook-a qarşı iddiada istifadəçilərin razılığı olmadan üz tanıma texnologiyasının istifadəsi "fərdi münasibətləri və şəxslərin qəti maraqlarını pozur" qərarı açıqlanıb. Şikayətçi tərəfin vəkili olan Shawn Williams etdiyi şərhdə: "Bu biometrik məlumatlar o qədər həssasdır ki, məxfiliklər pozularsa geri dönüşü yoxdur. Bu, nömrənizi dəyişə biləcəyiniz bir sosial təhlükəsizlik və ya kredit kartı kimi deyil, üzünüzü dəyişə bilməzsiniz". -deyib.

Facebook qərara etiraz etməyi planladığını açıqlayıb. Şirkət spikeri açıqlamasında: "üz tanıma texnologiyasını insanlar istədiyi zaman açıb bağlaya bilərlər." Şirkət Facebook-a yüklənən fotoşəkillərdən ictimai media hesabında əlavə olan yoldaşlarını tanımalarını təmin edən "Etiket Təklifləri" xüsusiyyətinin illərdir istifadə edildiyini bildirib.

Nübar Lətifli