Facebook-un kripto pulu Libra, hələ bazara çıxmamasına baxmayaraq aldadılmaq məqsədli istifadə edilir.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Libra-nın istifadəsini təmin edən virtual pulqabı olan Calibra-nın bənzərini hazırlayan art niyyətli kəslər Libra-nın satıldığını bildirərək istifadəçiləri aldatmağa çalışır. Fırıldaqçılar, saxta Libra-nı bir başqa virtual pul vahidi olan Ethereum-la əvəzlədiklərini iddia edirlər. Saxta olan 600 Libra-nı 2 Ethereum-a satan fırıldaqçılar həmin Libra-ları bu məqsədlə yaratdıqları ictimai media səhifələri və internet saytı ilə yaymağa çalışırlar.
Fırıldaqçılar hətta istifadəçiləri aldatmaq üçün Facebook qurucusu Mark Zuckerberg-in saxta videosundan istifadə edirlər. Sözügedən videoda Zuckerberg, Libra-nın bazara çıxarıldığını və sərmayəçilərə təslim edildiyini söyləyir.