“SpaceX” “Falcon Heavy”-ni kosmosa göndərir. Raketlə kosmosa 152 nəfərin külü və elmi avadanlıq göndəriləcək. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.
Raketin işə salınması iyunun 24-nə təyin olunub və canlı efirdə “Space Test Program-2” proqramı çərçivəsində keçiriləcək.
Külün kosmosa buraxılması təşkilatçılığı ilə “Celestis Memorial Spaceflights” şirkəti məşğuldur. Cənazə olan polad konteynerləri raketin göyərtəsindəki elmi peyklərdən birinə yerləşdirəcəklər.
Bir qram külün göndərilmə dəyəri 5 min dollardan başlayır. Kremasiyadan sonra insan qalıqlarının çəkisi 876-dan 3784 qramadək təşkil edir. Beləliklə, bir havaya buraxılma qohumlara 4,3 milyondan 18,9 milyon dollara qədər başa gələcək.
Samirə Məmmədova