fealiyyetinde-en-cox-noqsan-askar-edilmis-qurumlar

Fəaliyyətində ən çox nöqsan aşkar edilmiş qurumlar

Hesablama Palatası ötən il üzrə ayrı-ayrı dövlət qurumlarında aparılan tədbirlərin nəticəsi üzrə müəyyən edilmiş nöqsanları və yol verilmiş nöqsanların məbləğ hissəsində nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.

İnsider.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi (Olimpiya İdman Komplekslərinin saxlanılması üzrə) və “Bakı Metropoliteni” QSC büdcə qanunvericiliyinin pozulması hallarının ən çox aşkar edildiyi qurumlardır.

Qurumlarda bu hal üzrə qeydə alınan nöqsan sayı müvafiq olaraq 10, 4 və 3-dür.

Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, Dövlət Komitəsində bu hal 5, nazirlikdə 8, QSC-də isə 6 dəfə baş verib.

Palatanın hesabatına görə, vergi və gömrük qanunvericiliyinin pozulması halına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən il ərzində rast gəlinməyib. Gənclər və İdman Nazirliyində isə bu hal 2, “Bakı Metropoliteni” QSC-də isə 4 dəfə baş verib.

Bundan başqa, ötən il ərzində mühasibat uçotu və hesabatlılıq ilə bağlı komitədə 5, nazirlikdə 7, QSC-də isə 4 nöqsan aşkar edilib.

Ümumilikdə isə bu qurumlar üzrə baş vermiş nöqsanların yekun sayı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 27, Gənclər və İdman Nazirliyi üzrə isə 24, “Bakı Metropoliteni” QSC üzrə 21-dir.