Keçən ay faiz artırmağa fasilə verən ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) iyul iclasında proqnozlara uyğun olaraq faizini 25 faiz bəndi də artırıb. Beləliklə, faiz dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqladı.
FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb.
FED inflyasiya ilə mübarizə çərçivəsində faizlərini artırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri (son 22 ildə) ən yüksək səviyyəyə qalxıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da 0,25 bəndlik artım gözləyirdilər.
FED yaydığı press-relidə inflyasiyanın azaldılması məqsədilə əlavə sərtləşdirmə tədbirinin qiymətləndiriləcəyi bildirilib.
"Gələcək addımlar artırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq", - press-relizdə deyilir.
İnflyasiyanın yüksək qalmaqda davam etdiyi bildirilib və “Son göstəricilər iqtisadi aktivliyin mülayim genişlənməsinə işarə edir” kimi qiymətləndirmə aparılıb.
Rəsmilər inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bir daha bəyan ediblər.
Bir daha vurğulanıb ki, ABŞ bank sistemi möhkəm və dayanıqlıdır.