ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ mərkəzi bankı) qlobal bazarların gözlədiyi faiz qərarını açıqlayıb. Oktyabr ayı toplantısında FED faizini gözləntilərə uyğun olaraq dəyişməyərək 22 ilin ən yüksək səviyyəsində saxlayıb. Belə ki, bank ardıcıl 2 iclasda faiz dərəcəsini dəyişməyib.
ABŞ Mərkəzi Bankı (FED) faizini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb. Qərar yekdilliklə qəbul edilib.
İqtisadçıların proqnozu faiz diapazonunun bu səviyyədə qalacağı idi.
FED açıqlamasında daha sərt maliyyə və kredit şərtlərinin iqtisadiyyata təsirini davam etdirəcəyini bildirib.
FED-in açıqlamasında əvvəlki mətndən fərqli olaraq “Maliyyə şərtləri” əlavə edilib və “Ev təsərrüfatları və müəssisələr üçün sərt maliyyə şərtləri və kredit şərtlərinin iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya təzyiq göstərməsi ehtimalı var” deyilir.
Açıqlamada, son göstəricilərin üçüncü rübdə iqtisadi aktivliyin güclü artımına işarə etdiyi bildirilib. İşsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və “ilin əvvəlindən məşğulluq artımlarının yavaşladığı, lakin güclü qalmağa davam etdiyi” bildirilib. İnflyasiyanın yüksək olaraq qaldığı və inflyasiya risklərinin çox diqqətlə izləndiyi vurğulanıb.
Mətndə bank sisteminin sağlam və davamlı olduğu bildirilib.
FED sentyabr iclasında faiz dərəcələrində dəyişiklik etməyib və FED rəsmiləri bu il üçün daha bir artım proqnozlaşdırıblar.
FED 2022-ci ilin mart ayından bu yana faiz dərəcəsini cəmi 5,25 faiz bəndi artırıb.
Marja