fed-faiz-qerarini-aciqladi

Fed faiz qərarını açıqladı

Fed faizini dəyişdirmədi, faiz 2022-ci ilə qədər sıfıra yaxın qalacaq.

ABŞ Mərkəzi Bankının (Fed) İyun iclası başa çatıb.

İnsider.az xəbər verir ki, Fed gözlənildiyi kimi faizi 0 - 0,25% aralığında sabit saxladı.

Fed 2022-ci ilə kimi faizin sıfıra yaxın səviyyədə (0,25%) qalacağını qeyd edib. 

Fed, istehsalda bu il ciddi bir azalma yaşanacağını, faizlərin bu səbəbdən 2022-ci ilə kimi sıfıra yaxın səviyyədə qalacağını gözlədiklərini bildirib.

Fed, bu il ABŞ iqtisadiyyatının 6,5% azalacağını, 2021-ci ildə isə 5% artacağını nəzərdə tutur.

Marja