fed-faiz-qerarini-aciqladi

Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) Çərşənbə axşamı günü başlamış pul siyasəti yığıncağı bu gün sona çatıb.

İnsider.az xəbər verir ki, Fed faizlərində dəyişiklik etməyərək  0 - 0.25% aralığında saxlayıb.  

Fed faizi 15 Martda Kovid-19-dan qaynaqlanan ziyanı yumşalda bilmək üçün sıfıra yaxınlaşdırmışdır və sonradan bu səviyyədə saxlayır.

Fed sədri inflyasiyanın 2%-lik hədəfi aşmasına icazə veriləcəyini və orta rəqəmin nəzərə alınacağı mesajını vermişdir.

Fed-in rəsmi şəxsləri 2023-cü ilə qədər faizlərdə dəyişiklik olacağını gözləmirlər. 17 rəsmidən 13-ü 2023-cü ilə qədər faiz dəyişikliyi gözləmir.

Fed bəyan edib ki, Covid - 19 pandemiyası iqtisadi fəaliyyətlərə təzyiq etməkdə davam edir.

Marja