Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb və 4,25-4.50 %-dək müəyyənlşdirib.
“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - FED-in məlumatında qeyd olunub.
Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.
Oxu.Az