ABŞ Mərkəzi Bankının (FED) faiz artımı sürətinin yüksələ biləcəyi proqnozları fonunda avro, funt sterlinq, qızıl, neft və bitkoin ucuzlaşmağa başlayıb.
FED faizini iyulda 1%-ə çatdıra bilər. Hazırda FED-in faizi 0-0.25% aralığındadır.
Bununla yanaşı, həftə ərzində İngiltərədən işsizlik, inflyasiya və Almaniyadan iqtisadi inkişaf gözləntilərini ölçən indeksin açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja