fed-ilin-ilk-faiz-qerarini-aciqladi

FED ilin ilk faiz qərarını açıqladı

ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) dolların faizi barədə qərarını açıqlayıb.

“Haber Global”ın məlumatına görə, maliyyə qurumu faiz göstəricisini əvvəlki kimi ən aşağı səviyyədə 0–0.25 dərəcəsində saxlamaq barədə səs çoxluğu ilə qərar qəbul edib.

FED-in bu qərarı ölkədə iqtisadi stimullaşdırma tədbirlərinin hələ xeyli müddət davam edəcəyini proqnozlaşdırmağa əsas verir.