fed-in-repo-bazarini-berpa-etmesi-ucun-500-milyard-dollar-lazimdir

Fed-in repo bazarını bərpa etməsi üçün 500 milyard dollar lazımdır

Analitiklərin proqnozlarına görə, Fed-in repo bazarındakı çətinliyi aradan qaldırması üçün 200 milyard dollar ilə 500 milyard dollar arasında istiqraz alışı aparması lazımdır
 
İnsider.az xəbər verir ki, Fed-in 2 trilyon dolların üzərindəki repo bazarında ötən həftə ortaya çıxan "çatlaqların" hamısını bərpa etməsi üçün 500 milyard dollarlıq istiqraz alışı lazımdır.

"Bloomberg"də yayımlanan bir xəbərə görə, TD Securities, Morgan Stanley, BMO Capital Markets və Pictet Wealth Management kimi təşkilatların analitiklərinin proqnozları 200 milyard dollar ilə 500 milyard dollar arasında dəyişir.  

İki keçmiş Fed rəsmisi də mərkəzi bankın ABŞ pul bazarlarında daha çox sıxıntının qarşısını almaq üçün tək səfərdə 250 milyard dollarlıq istiqraz alışı etməsi lazım olduğunu söyləyib.

Mərkəzi Bankın qısamüddətli maliyyələşmə bazarında nizamı təmin etmək üçün göstərdiyi gündəlik səylərinin kifayət etmədiyi fikri getdikcə güclənir. 

©Marja