fed-rosengren-ticaret-qeyri-mueyyenliyi-fed-in-siyasetinde-ehemiyyetli-bir-faktordur

Fed/Rosengren: Ticarət qeyri-müəyyənliyi Fed-in siyasətində əhəmiyyətli bir faktordur

ABŞ Mərkəzi Bankının (Fed) Boston şöbəsinin sədri Eric Rosengren, "ABŞ ilə Çin arasındakı ticarət qeyri-müəyyənliyi Fed-in səbirli siyasətində əhəmiyyətli bir faktordur",- deyib. 

İnsider.az xəbər verir ki, "İdxal vergiləri inflyasiyanı 2 faiz səviyyəsinə daha sürətli yüksəldə bilər" -deyən Rosengren, "Proqnozum ticarət razılaşmasının qlobal iqtisadiyyatı ciddi şəkildə pozmadan reallaşacağı istiqamətində olsa da, bu, qeyri-müəyyənliyin həll edilməsindən bir müddət əvvəl ola bilər" şəklində əlavə edib. 

Rosengren, "Yaxın dövrdə Fed-in siyasət dəyişikliyinə getməsini tələb edəcək bir vəziyyət görmürəm. Mövcud siyasətimizin əlverişli və Fed-in 2% inflyasiya hədəfinə geri dönən inflyasiya nisbətilə uyğun ola biləcəyini düşünürəm. Ancaq məhsuldarlıqda davamlı bir yaxşılaşma olmadığında maaşlardakı artım meyli inflyasiya üzərində yuxarı istiqamətli bir təzyiq yarada bilər" deyib.

Rosengren-in bu il Federal Açıq Bazar Komitəsi (FOMC) yığıncaqlarında səsvermə hüququ var.

©Marja