fed-sedri-iqtisadiyyatda-tenezzul-gozlemirik

FED sədri: İqtisadiyyatda tənəzzül gözləmirik

"ABŞ iqtisadiyyatı yaxşı vəziyyətdədir, sadəcə bəzi risklər var". 

Insider.az  xəbər verir ki, bunu ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel deyib. 

O, rəhbərlik etdiyi qurumun iqtisadiyyatda tənəzzül gözləmədiyini, bu ilin yekununda ABŞ-da ümumi daxili məhsulun ötən ilin yekunu ilə müqayisədə 2%-2,5% artacağını qeyd edub. 

C.Pauel həmçinin ticarət müharibələri ilə bağlı qeyri-müəyyənliyin işgüzar aktivliyə mənfi təsir göstərəcəyini vurğulayıb. 

Xatırladaq ki, bir qədər əvvəl FED uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib. Faiz azalması ABŞ prezidenti Donald Truampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib.

©Report