fed-trampin-istediyi-faiz-endirimini-etme-cagirisini-redd-etdi

Fed, "Trampın istədiyi faiz endirimini etmə" çağırışını rədd etdi

ABŞ Mərkəzi Bankı (Fed), keçmiş Fed rəsmisi Uilyam Dadlinin "oyunu Trampın istədiyi kimi oynama və faiz endirmə" çağırışını rədd edib, eyni zamanda siyasi məsələlərin qərarlara heç bir şəkildə təsir etmədiyini vurğulayıb

ABŞ Mərkəzi Bankının sözçüsü Bankın Nyu York şöbəsinin keçmiş sədri Uilyam Dadlinin (William Dudley) dünənki açıqlamalarına münasibət bildirib.

İnsider.az xəbər veri ki, dünən Dadli  "Bloomberg News"da dərc olunan məqaləsində, ABŞ Mərkəzi Bankının, ticarət siyasəti məsələsində səhvlər edən hakimiyyəti xilas etməyəcəyini bildirmişdi. Fed-in sözçüsü Dadlinin vurğuladığı "oyunu Trampın istədiyi kimi oynamamaq və faiz endirməmək" çağırışını rədd edib. O, qeyd edib ki, Fed-in pul siyasəti qərarlarının əsas məqsədi qiymət sabitliyini davam etdirmək və maksimum məşğulluğu təmin etməkdir.

Məsələ ilə bağlı verilən açıqlamada, Fed tərəfindən verilən pul siyasəti qərarlarında, yalnız Konqres tərəfindən verilmiş "qiymət sabitliyini davam etdirmək və maksimum məşğulluğu təmin etmək" mandatının əsas olduğu bildirilir  və "Siyasi məqamlar heç bir rol oynamır" deyilir.

ABŞ Prezidenti Donald Tramp Fed-i tez-tez daha çox faiz endiriməyə dəvət edir.

©Marja